Filarmoniyada 20 Yanvar qurbanlarının xatirəsi yad olunacaq

Filarmoniyada 20 Yanvar qurbanlarının xatirəsi yad olunacaq

Yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri olacaq. SİA-nın məlumatına görə, tədbir Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və Filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Ölkəmizin azadlığı uğurunda canından keçən şəhidlərimizin xatirəsinin anılacağı tədbirdə qəhrəman oğul və qızlarımızın ömür yolundan bəhs edən fotosərgi də açılacaq.

Vətənpərvərlik ruhunda bəstələnmiş bədii kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək tədbirdə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə