Bu gün IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşhur fransız aktyoru Jerar Depardye çıxış edib. SİA-nın məlumatına görə, Q.Vişnevskayanın opera mərkəzi solistlərinin iştirakı ilə J.Bizenin "Karmen" operası nümayiş olunub.
Tamaşadan əvvəl məşhur fransız kino aktyoru Jerar Depardye səhnəyə çıxaraq öz təəssüratlarını bölüşüb. Bakıda ilk dəfə olduğunu söyləyən aktyor bildirib ki, böyük sənətkar Mstislav Rostropoviçin adını daşıyan Beynəlxalq Festivalda iştirakından qürur duyur. "Mən M.Rostropoviçi yaxşı xatırlayıram. Onun azadlıq dolu bənzərsiz musiqiləri bütün dünyada sevilir. O, ifaları ilə daim insanları sülhə, bərabərliyə səsləyirdi",- deyə qonaq qeyd edib.
Jerar Depardye Azərbaycan Prezidenti ilə görüşünü unudulmaz anlar olduğunu dilə gətirib: "Tale mənə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmək nəsib etdi. Prezident gəncdir və ölkəsinin hər bir vətəndaşının xoşbəxtliyi üçün inamla çalışır. Onun səyi və təşəbbüsü ilə Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Görüşdə Azərbaycan kinosunun hazırkı vəziyyətini müzakirə etdik. Müzakirələr zamanı Azərbaycanda sənədli filmlər studiyası, eyni zamanda, gənclər üçün kino məktəbinin yaradılması qərara alındı".
Görkəmli fransız yazıçısı Aleksandr Dümanın Azərbaycana səfərlərini əks etdirən filmin istehsalı barədə danışan J.Depardye bildirib ki, mən bu filmin çəkilməsini çox istəyirəm: "Bu filmdə Dümanı özüm oynamaq fikrindəyəm. Aleksandr Dümanın Azərbaycana gəlişi, buradakı işləri ilə bağlı olduqca maraqlı faktlar vardır. Əgər Azərbaycan Düma kimi dahini cəlb etmişdisə, bu, artıq o deməkdir ki, ölkə çox zəngin bir mədəniyyətə malikdir".
Jerar Depardye çıxışını Prosper Merimenin "Karmen" novellasından bir parçanı ifa etməklə tamamlayıb.
Dünya şöhrətli sənətkarın çıxışı alqışlarla qarşılanıb. Sonra "Karmen" operası nümayiş olunub.
Tanınmış rusiyalı vokalçılar, beynəlxalq müsabiqələrin qalibləri Alina Şakirova (Karmen), Oleq Dolqov (Xoze), Anastasiya Privoznovaya (Mikaella) ilə yanaşı, tamaşada, həmçinin Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, həmyerlimiz Elçin Əzizov da (Eskamilio) çıxış edib.
Tamaşanı tanınmış rusiyalı dirijor Yaroslav Tkalenko idarə edib. Quruluşçu rejissor İvan Popovskinin hazırladığı tamaşa böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB