Dərnəklər müsabiqəsinin ilk mərhələsinə start verilib FOTOLAR
Binə qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təşkil edilmiş “Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqə” layihəsinin ilk mərhələsinə dair görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Bakı şəhərinin 11 Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak edib.
Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında burada məqsəd olaraq dərnəklərin fəaliyyətinin inkişaf etdirilməsi, stimullaşdırılması, təbliğ olunması, sənaye qabiliyyətinin artırılması, uşaq, yeniyetmə və gənclərin yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, müəssisələr, həmçinin dərnəklər arasında təcrübə mübadiləsinin təşkili, istedadlı gənclərin aşkara çıxarılması, dövlət - özəl sektor tərəfdaşlığına təkan verilməsi, mədəniyyət müəssisələrinin müsbət sosial imicinin formalaşdırılması olduğunu qeyd edib. Vurğulanıb ki, bu müsabiqə mədəniyyət müəssisələrini biznes strukturları ilə birləşdirən layihədir.
Görüsdə həmçinin Elmi-Metodiki Mərkəzin elmi katibi Cavid Əliyev müsabiqə haqqında ideyanın necə yaranmasından söhbət açıb. Mərkəzin şöbə müdiri Məzahir Qarayev və sektor müdiri Elnarə Hacıyeva iştirakçıları müsabiqənin şərtləri və qaydaları ilə tanış ediblər.
Müsabiqə 3 mərhələ və yekun mükafatlandırma mərasimindən ibarətdir:
I mərhələ - Dərnəyin təşkili üzrə fəaliyyətinə baxış (kargüzarlıq işləri, təbliğat fəaliyyəti, dərnək rəhbərinin təhsili və iş təcrübəsi, cəlb olunmuş üzvlər haqqında məlumatlar);
II mərhələ - Dərnəyin ümumi fəaliyyətinin nümayişi (dərnəyin son 3 il müddətində tədbirlər, festival və müsabiqələrdə iştirakı, təltif və diplomları, fəaliyyətinin çeşidliyi, yaş üzrə qrupların sayı, dərnək üzvləri tərəfindən hazırlanmış əl işləri nümunələrinə baxış, dərnək üzvlərinin tədrisi bitirdikdən sonrakı fəaliyyəti və s.);
III mərhələ - Mövzu üzrə veriləcək tematik tətbiqi tapşırığın kreativ icrası.
Yekun mərhələdə - Dərnəklərin ümumi fəaliyyətini əks etdirən sərgisində qaliblərin müəyyənləşdirilməsi və yekun mükafatlandırma mərasimi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB