Firəngiz Əlizadənin həyat və yaradıcılığı Nyu-York mətbuatında FOTOLAR

Firəngiz Əlizadənin həyat və yaradıcılığı Nyu-York mətbuatında FOTOLAR

Məlum oduğu kimi, Nyu-Yorkun məşhur Müasir İncəsənət Muzeyi “MoMA” 1971-ci ildən etibarən ənənəvi “Summergarden” Musiqi Festivalını keçirir. SİA-nın məlumaına görə, muzeyin heykəllərlə bəzədilən bağında, açıq havada klassik və caz konsertləri təşkil olunur. “Nyu-Yorkda yeni musiqi” şüarı altında keçirilən hər konsertdə müasir musiqi janrında yeni premyeralar ifa olunur.

Bir maraqlı məqamı da qeyd edək ki, Coel Saksın rəhbərlik etdiyi dünyanın məşhur musiqi məktəbi olan “Julliard-school” ən istedadlı məzunlar müxtəlif ansambllara cəlb olunurlar. “Julliard” ansamblın məzunlarından olan, bir sıra beynəlxalq müsabiqələrin laureatları Sumire Hirotsuru, Bunqçan Li (skripkalar), Yoselin Pan (alt), İzabel Kvondan (violonçel) “Ansoniya” kvarteti yaradblar. Bu kvartet əsasən müasir musqinin ən məşhur nümayəndələrinin böyük dinləyici sevgisini qazanmış əsərlərini öz repertaurlarına daxil edir. Sevindirici məqamdır ki, bu dəfəki festivalda “Ansoniya” kvarteti xalq artisti Firəngiz Əlizadənin “Oazis” simli kvartetini ifa edib. Əsər konsert iştirakçılarının böyük rəgbətini qazanaraq sürəkli alqışlarla müşayət olunub. “Ansoniya” kvarteti hazırda “Oazis” kvartetinin də daxil edildiyi repertuarla ABŞ-ın müxtəlif şəhərlərində konsertlərlə çıxış edir.

Məlumat üçün bildirək ki, 1998-ci ildə bəstələnən və ilk dəfə Qlazqo şəhərində səsləndirilmiş “Oazis” əsəri San-Fransiskonun “Kronos” kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif mötəbər salonlarında uğurla ifa olunub.

Konsertdə həmçinin amerikalı bəstəkar Con Vulrixin, çinli Ley Lyanın, o cümlədən latın-amerika müasir musiqi janrının görkəmli nümayəndəsi - Venesuela bəstəkarı Pol Desenin əsərləri də festival iştirakçılarına təqdim olunub.

Festivalın bukletində Azərbaycanın xalq artisti Firəngiz Əlizadənin həyat və yaradıcılığı, o cümlədən “Oazis” əsəri haqqında geniş məlumat verilib. Həmçinin «New-York-MoMA» qəzetində də F.Əlizadənin “Oazis” simli-kvarteti barədə böyük məqalə dərc edilib.

“Firəngiz Əlizadə kimi görkəmli bəstəkarın yaradıcılığı Hillari Hahn, Yo-Yo Ma kimi meqa-ulduzlar , “Berliner Philharmoniker” və “Royal Concertgebouw Orkestr” kimi dünyanın məşhur musiqi kollektivlərinin repertuarlarında öz əksini tapıb.

Sevindirici haldır ki, Azərbaycan bəstəkarının musiqisinə - Şərq və Qərbin sintezini təcəssüm etdirən parlaq və qeyri-adi musiqilər dünyasına müraciət edən gənc musiqiçilər ildən-ilə çoxalır “, - deyə "New York-MoMA" qəzetinin müxbiri Alisa Kravits məqalədə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə