Turizm Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib

Turizm Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib

17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, "ITE Group" şirkətinin regional direktoru Edvard Stroon, sərgi meneceri Cəmilə Quliyeva, tədbir üzrə menecer Nəzrin Şamxalova və media nümayəndələri iştirak ediblər.

Sərgini giriş sözü ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev açıb: "Bu il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AİTF" 2018 sərgisi 5 aprel tarixində Bakı Ekspo Mərkəzində start götürəcək. Sayca 17-ci olan bu sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini bir araya toplayır. İşgüzar turizm qovşağı kimi fəaliyyət göstərən "AİTF" sərgisi mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır. Respublika rəhbərliyi tərəfindən həm turizmə, həm də "AİTF" sərgisinə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir. Son bir neçə ildir ki, Prezident İlham Əliyev bu sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. Yarandığı gündən etibarən "AİTF" sərgisi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir.

“Bütün dünya-bir sərgi” bu devizi altında keçirilən "AİTF" sərgisi bu il dünyanın 20 ölkəsindən 277 şirkət və təşkilatı qəbul edir. Hər il sərgi iştirakçılarının sırasına həm yerli, həm də xarici iştirakçılar qatılırlar. Ümumilikdə, "AİTF" sərgisində debütantlar iştirakçıların 31%-ni təşkil edir. "AİTF 2018" sərgisinin tərəfdaşı ölkəsi qismində hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstan ölkəsidir. Sərgidə 90-dan çox turizm istiqamətini, eləcə də digər turizm xidmətlərini təqdim edən şirkətlər iştirak edir ki, bu da hətta ən tələbkar müştəriləri belə qeyri-standart istirahət proqramı seçmək üçün imkan yaradır. Ölkələrin fəal iştirakı artıq "AİTF" sərgisinin vizit kartına çevrilib. Bu il sərgidə Azərbaycan, Gürcüstan, Dominikan Respublikası, İtaliya, Mərakeş, Talland, Türkiyə, Çexiya, Dağıstan, Roqaşki, Slatina və Stavropol Diyarından ümumilikdə 13 milli və regional ekspozisiya iştirak edir. Həmçinin bu il Şərqi Yava sərgidə debüt edir. Milli və regional stendlərdə kurort və sanatoriyaların, eləcə də turizm şirkətləri və otel şəbəkələrinin nümayəndələri fəaliyyət göstərəcəklər.

"AİTF" sərgisi Azərbaycanın daxili turizimin inkişafını əks etdirir. Sərgidə hər il Azərbaycan turizm istiqaməti kimi xarici turistlərə təklif etdiyi yeni imkanları təqdim edir. Azərbaycan təxminən 20 turizm şirkətini, o cümlədən otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiyası ekspoziyası həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirəcək.

Dünyanın hər hansı ölkəsinin yerləşdiyi regionun ənənələri və nadir təkrarsız təbiəti ilə tanış olmadan, həmin ölkənin koloritini öyrənmək mümkün deyil. Buna görə də, Azərbaycanın regional turizm mərkəzləri sərgidə həmişə parlaq və rəngarəng şəkildə təqdim edilir. Belə ki, sərgidə İsmayıllı, Lənkəran, Masallı, Şəki, Xaçmaz və Sumqayıtı təmsil edən regional üzrə idarələri iştirak edir. Ənənəvi olaraq, sərgidə qonaqları regionun mədəni-tarixi irsi ilə tanış edən Qarabağ stendi təqdim olunur. Bu stend də Azərbaycanda elektronun vizanın alınmasının bütün incəlikləri və üstünlüklərini öyrənmək olar. Bakının tarixi mərkəzi olan qədim İçərişəhərdə turizmin inkişafı imkanları Azərbaycan Respublikası Nazirləri Kabineti nəznində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nümayiş olunacaq. Həmçinin Bakı Şopinq Festivalı da sərgidə iştirak edir.

Onu da qeyd edim ki, ziyarətçilər və sərgi iştirakçıları Bakı Ekspo Mərkəsinin foyesində müzakirələrdən və işgüzar görüşlərdən uzaqlaşa biləcəklər. Sərginin 3-cü günü sərginin iştirakçı ölkələrinin nümayəndələrinin iştirak edəcəyi “Səyahət festivalı” adlı festival keçiriləcək. Mərkəzi səhnədə regionların və dünyanın ölkələrinin rəqs və musiqi qrupları çıxış edəcək”.

Tədbir çıxışçılarla davam edib.

Qeyd edək ki, "AİTF" sərgisinin təşkilatçıları “Çünki biz qayğı göstəririk!” adlı layihə təşəbbüsünü irəli sürüb. Bu layihə öz hobbisini biznesə çevirən əl işi sənətkarlarını bir araya toplayacaq. Bakı Ekspo Mərkəzinin foyesində simvolik bar gətirən ağacın ətrafında 8 tikməçi qadın öz unikal bəzək məlumatları və aksesuarlarını, eləcə də təbii sabun və üzvi kosmetik vasitələri, uşaqlar üçün toxuculuq məlumatları və yataq dəstlərini, toxuma toxuma əl çantaları və qəhvə topiarilərini, polimer materiallardan əl ilə hazırlanan fiqurları, o cümlədən müxtəlif aksesuar və interyer kompozisiyalarını, habelə müəllif tekstil kukla və poniləri, kuklalar üçün taxta mebel, maarifləndirici yumşaq kitabçalar, planşetlər və digər məhsullar təqdim olunacaq.

Həmçinin Bakı Ekspo Mərkəzinin foyesində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzinin stendi yerləşəcək. Stenddə mərkəzə daxil olan sənətkarların əsərləri təqdim olunacaq. Əlavə olaraq foyedə sandıqca brendinə aid olan mükəmməl əl işləri nümayiş olunacaq. Bu brendə aid olan hər bir məhsul (aksesurlar, örpəklər, səbətlər və s.) Azərbaycanın mədəni irsini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə