Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin fevral ayının 23-də saat 11ºº-da Göyçay şəhərində Heydər Əliyev Mərkəzində ( Heydər Əliyev prospekti 98 ) Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
SİA-nın məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB