“Köç” sənədli filmi Azərbaycanı Leypsiq şəhərində təmsil edəcək

“Köç” sənədli filmi Azərbaycanı Leypsiq şəhərində təmsil edəcək
Oktyabrın sonunda Almaniyanın Leypsiq şəhərində sənədli və animasiya filmləri festivalı keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycanı sözügedən festivalda Rusiyada yaşayan həmyerlimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrin laureatı Rodion İsmayılovun "Köç" sənədli filmi təmsil edəcək.

Avropa tamaşaçısı üçün lentə alınan filmin çəkilişləri Azərbaycanda, çobanlar Tovuzdan Daşkəsənin yaylaqlarına köç edən zaman aparılıb. Ekran əsəri Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir.

Qeyd edək ki, rejissor Rodion İsmayılov Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. 1998-ci ildə Sankt - Peterburq Dövlət Kino və Televiziya Universitetinin kino-rejissor ixtisasını bitirib. Hazırda Moskvada "DS film" prodüser mərkəzinin rejissoru və prodüseridir.

Bütün xəbərlər Facebook səhifəmizdə