İnquşetiyada azərbaycanlı rəssamların sərgisi açılıb

İnquşetiyada iki rəssamın - azərbaycanlı Elnur Rəsulovun və balkar Leuna Axmatovun əsərlərindən ibarət sərgi açılıb. Regionun mədəniyyət naziri Yakub Patiyev bunu respublikanın mədəni həyatında əlamətdar hadisə adlandırıb.

SİA-nın məlumatına görə, "Elbrus motivləri" və "Abşeron dalğaları" ekspozisiyalarının mövzu ümumiliyinə baxmayaraq, bu rəssamların əsərləri realizmdən başlamış impressionizmə qədər müxtəlif istiqamətləri əhatə edir.

İnquşetiya Dövlət Təsviri Sənət Muzeyinin böyük elmi işçisi Leyla Almazova bu sərgi haqqında deyib: "Rəssamlar yeni mövzular və ifadə üsulları axtarışında təsvir etdikləri predmetə yeni münasibət, koloritin yeni anlamını və rəngkarlıq maneralarını nümayiş etdirirlər".

L.Almazovanın sözlərinə görə, ekspozisiyadakı əsərlərdə Günəşin hərarəti, boyaların füsunkar nuru hiss edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə