Mus.E Assosiasiyasında təlim-təcrübə proqramı öz işinə başlayıb FOTOLAR
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Nazirliyin iki əməkdaşı üçün cari ilin 5-23 iyun tarixində İtaliyanın Florensiya şəhərində fəaliyyət göstərən və Vecchio Sarayının idarəetməsinə cavabdeh olan Mus.E Assosiasiyasında təlim-təcrübə proqramı öz işinə başlayıb. SİA-nın məlumatına görə, poqramda nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun baş məsləhətçisi, Tvinninq İşçi Qrupunun üzvü Nərgiz Abdullayeva və Hüquq sektorunun aparıcı məsləhətçisi, Tvinninq İşçi Qrupunun üzvü Qiyafət Xeyirxəbərli iştirak edir.
On doqquz günlük təcrübə çərçivəsində Vecchio Sarayı və digər mədəni irs abidələri, muzeylər və kitabxanaların idarəolunmasına dair ən qabaqcıl təcrübələr barədə biliklərin təmin olunmasını nəzərdə tutur. Proqramının iştirakçıları qeyd olunan sahədə Florensiyada həyata keçirilən işlərlə yaxından tanış olacaq və gündəlik iş rejimi şəraitində lazımi təcrübə əldə edəcəklər. Səfər çərçivəsində həmçinin qeyd olunan assosiasiyanın hüquqi-inzibati statusu və idarəetmə praktikası öyrəniləcəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB