Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu beş tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası yanvarın 20-də, "Aytam" uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyi və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün nümayiş etdiriləcək.
Yanvarın 21-də gündüz uşaqlar üçün Ş.Perronun "Çəkməli pişik", axşam İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" tamaşaları göstəriləcək. Yanvarın 22-də gündüz A.Şaiqin "Tıq-tıq xanım", axşam isə böyüklər üçün Ə.Haqverdiyevin "Pəri Cadu" tamaşası nümayiş etdiriləcək.
Tamaşaların biletləri mərkəzləşdirilmiş kassalardan və "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkündür.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB