Bu gün tanınmış rəqqasə, xalq artisti, Dövlət Rəqs Ansamblının bədii rəhbəri Afaq Məlikovanın yubileyidir. SİA-nın məlumatına görə, ömrünü rəqs sənətinin inkişafına həsr edən rəqqasənin 70 yaşı tamam olur. Afaq xanım 1947-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan rəqs sənətinə marağı olan balaca Afaq Bakı Xoreoqrafiya Məktəbinə qəbul edilib. Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlir. Afaq Süleyman qızı 1963-1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir. 1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB