Gənc Tamaşaçılar Teatrı yanvar ayı üçün repertuarını açıqladı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yanvar ayı üçün repertuarını açıqlayıb. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yeni ilin ilk ayında sənət ocağı maraqlı tamaşalarla çıxış edəcək. Belə ki, teatrın səhnəsində yanvarın 1-də Robert Hovardın "Qrinç" (Yaşıl adam) tamaşasının premyerası olacaq. Səhnə əsəri yanvarın 2, 3, 4, 5-də yenidən nümayiş olunacaq. Bundan əlavə, yanvarın 7-də "Uzuncorab Pippi" və "Leyli və Məcnun" (premyera), yanvarın 8-də "Balaca və damda yaşayan Karlson" və "Buzovna kəndinin əhvalatları", yanvarın 14-də isə "Aycan" tamaşası təqdim ediləcək.

Tamaşalar hər gün saat 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə