Xocalı rayon Mədəniyyət evinin aktyorları tamaşa göstərdi

Xocalı rayon Mədəniyyət evinin aktyorları tamaşa göstərdi

Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində, Yeni yaşayış massivində, Ahıllar evində və Gəncə şəhəri Yeni qəsəbə-2-də "Sadəcə gülək" adlı səhnəciklər nümayiş olunub. SİA-nın məlumatına görə, Xocalı rayon Mədəniyyət evinin direktoru, quruluşçu rejissor Orxan Vahidoğlunun rəhbərliyi ilə hazırlanan səhnəciklər böyük maraqla qarşılanıb.

Xocalı rayon MKS-nin əməkdaşı Zahirə Usubovanın aparıcılığı ilə təqdim olunan səhnə əsərlərində Mədəniyyət evinin direktoru Orxan Vahidoğlu, Xocalı rayon 4 saylı tam orta məktəbin 10 sinif şagirdləri Yusif Məmmədov və Nihad Qəribov, aktyor Adil Səfərov öz ifaçılıq bacarıqlarını göstəriblər.

Səhnəciklərarası fasilələrdə 4 saylı orta məktəbin şagirdlərinin ifasında rəqslər təqdim olunub. "Kirayə ev", "Telli və Vəli", "Qırmızıpapağın nağılı", "Nənə və nəvə" və "Gecənin həzzi" səhnəcikləri tamaşaçılarda xoş ovqat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə