Məşhur komediya ustası Şahan Gökbakar "Recep İvedik 5" filminin çəkilişlərinə başlayır. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı aktyor "İnstagram"da elan yazaraq aktyorluq bacarığı olanları kastinqə çağırıb: "Hər filmimizdə olduğu kimi, yenə istedadlı aktyorlara qapımızı açırıq. Filmdə rol almaq istəyən hər kəs şəxsi məlumatlarını, fotolarını və varsa videolarını [email protected] elektron ünvanına yollaya bilər. Bilmək olmaz, bəlkə mənimlə birlikdə oynadınız".
Qeyd edək ki, "Recep İvedik 5" filmi 2017-ci ilin fevralında təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB