Qusarda Respublika günü qeyd olunub FOTOLAR

Qusarda Respublika günü qeyd olunub FOTOLAR

Qusar rayon uşaq incəsənət məktəbində Respublika günü münasibətilə 2015-2016-cı dərs ilinin yekun konserti təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə məktəbin direktoru Reyhan Bağışova açaraq, məktəb kollektivinin dərs ilində qazandığı nailiyyətləri haqqında məlumat verib.

Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov tədbirdə çıxış edərək müstəqil Azərbaycanın tarixində mühüm rol oynamış Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib. D.İbramxəlilov məktəbin kollektivini dərs ilində əldə etdiyi yüksək nəticələrə görə diplomla mükafatlandırıb.

Daha sonra dərs ilində fərqlənmiş bir qrup şagirdə diplomlar təqdim olunub.

Tədbir geniş konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə