Elmi-Metodiki Mərkəz Ağstafada regional görüş keçirib FOTOLAR

Elmi-Metodiki Mərkəz Ağstafada regional görüş keçirib FOTOLAR

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına əsasən, Ağstafa şəhərinin Yeni Azərbaycan Partiyasının inzibati binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının mədəniyyət müəssisələrində çalışan işçilər, habelə "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrup"unun üzvləri ilə növbəti regional görüş keçirilib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Ağstafa rayon icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Lalə Eyyubova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gülgün Kərimov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, əməkdaşları Fərhad Abdulov və Azər Məmmədov iştirak ediblər.

Lalə Eyyubova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin töhfələrindən söz açıb. Sonra Mərkəzin əməkdaşları şöbələrin təyinatı, "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun fəaliyyəti, prioritet istiqamətləri və əhəmiyyəti haqqında məlumat veriblər.

Çıxış edən Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət siyasəti, mədəniyyət müəssisələrinin digər sahələrlə inteqrasiyası, təbliğatı və populyarlaşması haqqında öz fikirlərini bildirib.

Daha sonra sistemdə təşəbbüskarlıq və yaradıcılıq keyfiyyətlərinin stimullaşdırılmasının əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.

Tədbirdən sonra digər rayonlardan Ağtafaya gələn gənc əməkdaşlar yeni tikilmiş Heydər Əliyev Mərkəzi, Musiqi Mərkəzi, Mədəniyyət evi və Azərbaycan parkı ilə tanış olub, birgə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə