Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında tanınmış rəqqas-xoreoqraf, əməkdar artist Tahir Eynullayevin benefisi - musiqi rəqs tamaşası nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, mayın 1-də baş tutacaq tamaşa Tahir Eynullayevin həyat və yaradıcılığına həsr olunacaq. Konsertin ssenari müəllifi Rusiyanın Sankt-Peterburq şəhərinin "LenFilm" kinostudiyasının ssenaristi Marina Aleksandrinadır. Konsertdə ifa olunacaq populyar muzikllardan parçaların və dünya xalqlarının mahnı və rəqslərinin quruluşu xalq artisti Xumar Zülfüqarova, əməkdar artist Tamilla Məmmədova və Sima Feyzullayeva, Ali Aşari, Əziz Əzizov, Natella Həsənovaya məxsusdur.
Musiqi tamaşasının rejissoru Leyla Zülfüqarova, baş baletmeysteri Şəhriyar Cəfərov, musiqi redaktoru Günel Eynullayeva, prodüseri Nərminə Cəfərovadır.
Hazırda konsertə hazırlıq prosesi gedir.
Qeyd edək ki, yaxınlarda bu tamaşanın Gürcüstanda da səhnələşdirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB