Səkinə İsmayılova "Şöhrət” ordeni ilə təltif olunub

Səkinə İsmayılova "Şöhrət” ordeni ilə təltif olunub

Xalq artisti Səkinə İsmayılova "Şöhrət" ordeni ilə təltif olunub. SİA muğam ifaçısının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını təqdim edir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə Səkinə Qulu qızı İsmayılova "Şöhrət" ordeni ilə təltif edilsin".

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bütün xəbərlər Facebook səhifəmizdə