Cəmşid Naxçıvanskiyə həsr edilmiş rəsm sərgisi açılıb

Cəmşid Naxçıvanskiyə həsr edilmiş rəsm sərgisi açılıb

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 5 nömrəli Uşaq İncəsənət Məktəbində Cəmşid Naxçıvanskiyə həsr edilmiş rəsm sərgisinin açılışı olub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Cəmşid Naxçıvanski haqqında məlumat verilib.

Sərgidə məktəbin şagirdlərinin rəsm işləri təqdim olunub. Hər bir şagird çəkdiyi rəsm işində özünün Vətənə olan məhəbbətini təsvir verməyə çalışıb.

Qeyd edək ki, Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə