“Xocalısız 24 il” adlı tədbir keçirilib FOTOLAR

“Xocalısız 24 il” adlı tədbir keçirilib FOTOLAR

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "İçərişəhər" tarixi muzeyi, Elmi-mədəni mərkəz və Şirvanşahlar Sarayı kompleksi birgə Xocalı faciəsinin 24 illiyinə həsr edilmiş "Xocalısız 24 il" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən natiqlər tərəfindən Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğu vurğulanıb.

Qeyd olunub ki, cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir.

Tədbir iştirakçıları faciənin 24-cü ildönümü ərəfəsində Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad ediblər.

Tədbirdə Azərbaycan Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Uşaq Qalereyasının "Xocalı Uşaqların gözü ilə" adlı rəsm sərgisi, "Xocalısız 24 il"adlı foto sərgi və Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Qeyd edək ki, tədbirin bədii hissəsində Bakı şəhəri 6 məktəb-liseyin və 203 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı faciəsini əks etdirən kompozisiyalar nümayiş etdirilib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə