Füzuli Dövlət Dram teatrı Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş "Şəhid şəhər Xocalı" adlı poetik xalq faciəsini rayonun bir çox idarə və müəssələrində, orta təhsil məktəblərində və "N" saylı hərbi hisssələrdə təqdim edəcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, faciənin ssenari müəllifləri teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimovadır.
Qeyd edək ki, tamaşada əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, İntizar Quliyeva, Sehran Xanlarov, Sevinc Məmmədova, Əli Hüseynov, Elçin Məmmədov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Əsmər İbrahimova, Qaçaq Qarayev, Vüqar Babayev, Tirmə Quliyeva, İsmayıl İbrahimov Firuzə Səfərəliyeva və başqaları çıxış edir.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB