Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa göstəriləcək
Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu "Qafqazlı qardaşqızı", "Yatmış gözəl və cırtdanlar", "www.ferzeli-kef.com", "Düyməcik" və "Ər və arvad" tamaşaları nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 5-6-7-də nümayiş olunacaq tamaşalarda rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əkbər Əlizadə, Nahidə Orucova, Boris Qrafkin, Emma Məlikova, aktyorlar Emil Heydərov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov və başqaları ifa edəcək.
Fevralın 5-də "Qafqazlı qardaşqızı" əsəri böyüklər üçün, fevralın 7-də isə "Düyməcik" tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin, fevralın 6-da "Yatmış gözəl və cırtdanlar" əsərini Azərbaycan dilində izləyəcəklər.
Qeyd edək ki, balacalar üçün nəzərdə tutulmuş tamaşalar 12:00-da, böyüklər üçün isə 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB