40 ildən çox mədəniyyət və musiqi təhsili sahəsində xidmət göstərmiş Nəriman Ağadədə oğlu Quliyev əmək fəaliyyəti və gənc nəslin estetik tərbiyəsində səmərəli işinə görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına və pul mükafatına layiq görülüb. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Nəriman Quliyev 39 il Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb və 2015-ci ilin noyabrında yaş həddi ilə əlaqədar əmək fəaliyyətini başa vurub. Fəaliyyəti dövründə işgüzarlığı, çalışqanlığı, təşkilatçılığı ilə seçilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaq və yeniyetmələrdə bədii-estetik zövqün formalaşması, istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi yolunda səylərini əsirgəməyib.
Qeyd edək ki, Nəriman Quliyev 1991-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB