İran İslam Respublikasında keçirilən 34-cü ənənəvi Beynəlxalq Fəcr Teatr Festivalında Azərbaycanı təmsil edən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası vətənə qayıdıb. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, 30-dan çox ölkənin teatrlarının iştirak etdiyi festivala sənətçilərimiz İran dramaturqu Bəhram Beyzayinin "İlan Sultan" tamaşası ilə qatılıb. İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi tamaşa Təbriz və Məşhəd şəhərlərində nümayiş etdirilib. Hər iki şəhərdə Lənkəran teatrı aktyorlarının ifası yüksək dəyərləndirilib. Tamaşaya sadə iranlılarla yanaşı, ölkənin rəsmi nümayəndələri, dövlət xadimləri, tanınmış sənətçiləri baxaraq məmnun qaldıqlarını bildiriblər.
Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrına təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, tamaşa barədə Xorasan televiziyasında və ayrı-ayrı qəzetlərdə məlumatlar verilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB