Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin "Traviata" operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 23-də olacaq tamaşada aparıcı partiyalardan olan Violettanı teatrın istedadlı solisti, əməkdar artist İlahə Əfəndiyeva, Alfred rolunu isə əməkdar artist Fərid Əliyev ifa edəcək.
Onlarla yanaşı opera səhnəmizin parlaq simalarından biri xalq artisti Əli Əsgərov, həmçinin əməkdar artistlər Səbinə Vahabzadə çıxış edəcəklər.
Klassik opera və balet tamaşalarına xaricdən tanınmış vokal və balet sənəti ulduzlarının dəvət edilməsi ilə bağlı formalaşmış ənənəyə sadiq qalaraq bu dəfə də teatrın rəhbərliyi "Traviata" operasının tamaşasında çıxış etmək üçün Ukraynadan aktyor dəvət edib.
Belə ki, azərbaycanlı opera sənətçiləri ilə birlikdə Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti Dmitri Qrişin tamaşada Jermon rolunu ifa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB