Azərbaycan Xalça Muzeyində "Xeyr deməyin, xeyir eləyin!" adlı xeyriyyə aksiyası başlayıb. SİA-nın verdiyi xəbərə görə, dekabrın 20-dək davam edəcək aksiya çərçivəsində satış-sərgisi də təşkil olunub. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə reallaşan xeyriyyə aksiyasında "Sehrli aləm" Cəmiyyətinin üzvü, rəssam, dizayner, Moldova təmsilçisi, əslən Qaqauz türkü olan Kirçu Yekaterinanın hazırladığı "Yeni il aksesuarları"nın sərgi və satışı həyata keçirilir. Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, yeni il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar hazırlayıb.
Xalça Muzeyinin direktoru, professor Röya Tağıyeva və Kirçu Yekaterina çıxış edərək bildiriblər ki, sərgini keçirməkdə məqsəd uşaqları sevindirmək, onlarda bayram əhval-ruhiyyəsi yaratmaqdır. Qeyd olunub ki, aksiyadan əldə olunan vəsait Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürüləcək.
Qeyd edək ki, xeyriyyə aksiyası ilə yanaşı, Azərbaycan Xalça Muzeyində "Uşaq Muzeyi"nin hazırladığı müxtəlif rəngarəng proqramlar təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB