Əlibaba Abdullayevin yubileyinə həsr olunan seminar keçiriləcək

Əlibaba Abdullayevin yubileyinə həsr olunan seminar keçiriləcək

Noyabr ayının 12-də Bakı Xoreoqrafiya Akademiyasının Akt zalında ustad sənətkar, Xalq artisti Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki seminar keçiriləcək.

Seminarda giriş sözü ilə professor, Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timurçin Əfəndiyev çıxış edəcək.

Akademiyanın Milli rəqslər kafedrasının müdiri, əməkdar artist Sənan Hüseynli Əlibaba Abdullayevin həyat və yaradıcılığı, rəqs elminə bəxş etdiyi töhfələr haqqında məruzə ilə çıxış edəcək. Xalq artistinin ailə üzvlərinin də iştirak edəcəyi tədbirdə "Naz eləmə" rəqsinin video nümayişi və tələbələrinin xatirələri dinləniləcək.

Tədbirdə Əlibaba Abdullayevin quruluş verdiyi rəqslər ifa ediləcək.

Əlibaba Abdulla oğlu Abdullayev 1915-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Rəqs Ansamblının, Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub. Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb. 1957-ci ildə Moskvada Tələbə və Gənclərin 6-cı Ümumdünya Festivalında qızıl medala layiq görülüb. Nəlbəki və Vağzalı rəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə