Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Aİ ölkələrinin Azərbaycanda akkreditasiyadan keçən səfirliklərinin təşkilatçılığı ilə oktyabrın 29-dan noyabrın 6-dək Bakıda keçirilən VI Avropa filmləri festivalının repertuarına daxil edilmiş "Əlvida Berta və ya nənənin dəfni" və "Pinqvinin addımı" filmləri Nizami Kino Mərkəzində nümayiş olunacaq. Mərkəzdən SİA-ya verilən məlumata görə, fransa istehsalı olan "Əlvida Berta və ya nənənin dəfni" filmini rejissor Bruno Podalides komediya janrında çəkib.
Vaxtilə sehrbaz olmaq arzusunda olan Armand Lebrek aptek işçisi olmaqla kifayətlənir. Həyat yoldaşı Eleni sevsədə Aleks adlı iradəli və enerjili qızla ona xəyanət edir.
Nənəsi Bertanın ölüm xəbərini aldıqda Armand son vaxtlar nənəsinə diqqət yetirmədiyinə görə təəssüf hissi keçirir. Dəfn işləri ilə məşqul olmagı qərara alan Armand həmişə olduğu kimi bu işdə yarıtmaz edir.
Filmdə baş rollarda Valérie Lemercier, Deni Podalidès, Isabelle Candelier, Bruno Podalydès, Samir Guesmi, Pierre Arditi və Michel Vuillermoz çəkiliblər.
"Pinqvin addımı" filmi İtaliya istehsalıdır. Rejissor Klaudio Amandelo bu filmi komediya janrında çəkib.
Brunonun yaxşı ər və ata olmağına baxmayaraq bir çox xüsusiyyətləri iqtisadi böhran zamanı ona iş tapmaqda mane olur. Dostu Salvadorla tapdıqları iş muzeydə gecələr mərtəbələri süpürməkdir. Bir gecə o, körlinq idman növü ilə bağlı yuxu görür və xəyalı gerçək etmək üçün bu idman növü ilə 2006-cı ildə Turində keçiriləcək Qış Olimpiya oyunlarında iştirak etməyi qərara alır
Baş rollarda Edoardo Leo, Antonello Fassari, Riki Memfis, Ennio Fantasçini, Françesca Inaudi, Sergio Fiorentini və başqa aktyorlar çəkilib.
Qeyd edək ki, filmlərə giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB