Azərbaycan Turizm və Menecment Universitetinin Dillər kafedrasında "Azərbaycan dilində yazılı və şifahi nitq problemləri" mövzusunda elmi-metodik seminar keçirilib. SİA-nın məlumatına görə, kafedra müəllimlərinin iştirak etdiyi tədbirdə dosent Seyidəli Məmmədli mövzu ilə bağlı məruzə edib. Seminarda hazırda gənclərin nitqində ciddi qüsurların olduğu, xüsusilə yazılı nitqin kasadlığı, bunun tələbələrin yazdıqları esselərdə özünü açıq şəkildə üslub, durğu işarələri və orfoqrafik səhvlərə yol verildiyi qeyd edilib. Gənclərin şifahi nitq bacarıqlarının aşağı olması da seminar iştirakçılarının əsas müzakirə mövzusu olub.
Elmi-metodiki seminarda ölkə prezidentinin bütün ali məktəblərdə Azərbaycan dili və nitq mədəniyyəti fənninin tədris edilməsi ilə bağlı qərarı vaxtında verilmiş doğru qərar hesab edilib. Universitetdə "Azərbaycan dili və nitq mədəniyyəti" fənninin tədrisi səviyyəsinin yüksəldilməsi istiqamətində müəllimlər arasında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB