Aktyor Elnur Kərimov xalq artisti Nuriyyə Əhmədovanın iki gün sonra keçiriləcək yas mərasimindən dolayı ailə üzvlərinin çətin vəziyyətdə olduğunu bildirib. Aktyor sosial şəbəkədə xalq artistinin yaxınlarının bunun üçün lazımi qədər vəsait toplaya bilmədiklərini yazıb.
Məsələ ilə bağlı SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Şixəmmədov açıqlama verib. Bildirib ki, sözügedən məsələ atıq Nazirliyin diqqətindədir: "Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin tapşırığı ilə Azərbaycan kinostudiyası tərəfindən Nuriyyə Əhmədovanın yaxınlarına maddi köməklik göstəriləcək. Xalq artistinin yaxınlarına, əzizlərinə, onu sevənlərinə başsağlığı veririk".
Qeyd edək ki, aktyor Elnur Kərimov sosial şəbəkədə: "Aldığım məlumata görə, xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimini keçirmək üçün ailə üzvləri pul tapmır. Çox acınacaqlı vəziyyət yaranıb. Axı yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Niyə axı bu cür münasibət? Allah kömək olsun. İnşallah, yardım edən tapılar"- deyə, yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB