07-09 oktyabr 2015-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "İkinci Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsi keçiriləcək. SİA-nın məlumatına görə, müsabiqə çərçivəsində təqdim olunmuş işlərin sərgisi 07-08 oktyabr 2015-ci il tarixlərində nümayiş etdiriləcək. Sərginin açılış mərasimi 08 oktyabr 2015-ci il tarixində saat 10.30-da Muzey Mərkəzində olacaq.
Müsabiqənin əsas məqsədi - memarlığın inkişafı və həyata keçirilməsi üçün yeni ideyaların aşkara çıxarılması; bina və tikililərinin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllərinin axtarışı; Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə praktiki olaraq həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.
Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
A. İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
B. Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
C. Həyata keçirilmiş ən yaxşı interyer;
D. Həyata keçirilməmiş ən yaxşı layihə;
E. Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
F. Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
G. Memarlıq sahəsində ən yaxşı nəşr.
Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxsləri, eləcə də MDB ölkələrinin memarlar ittifaqlarının sədrləri iştirak edəcəkdir. Mükafat fondu 52500 manat təşkil edən müsabiqənin nəticələri 9 oktyabr 2015-ci il tarixində Bakı şəhərində keçiriləcək təntənəli mərasimdə elan ediləcək.
Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinə təşkilatın baş katibi, eləcə də I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər heyətinin sədri olan cənab Tomas Voiner rəhbərlik edəcəkdir. Nümayəndə heyətə həmçinin BMİ-nin sabiq prezidenti Vassilis Sgoutas və sabiq baş katibi Mişel Barmaki, vitse-prezident Hayder Ali daxil olacaqlar. Qeyd edilən şəxslərlə yanaşı, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə müsabiqənin münsiflər heyətinin üzvlərini təşkil edəcəklər.
Müsabiqənin yekununda təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB