Azərbaycanlı aktrisa zəhərləndi
Azərbaycan Dövlət Musiqili Teatrın aktrisası Gülçöhrə Abdullayeva zəhərlənib. SİA-nın məlumatına görə, bu haqda aktrisanın özü məlumat verib. Bildirib ki, mənşəyi məlum olmayan dondurmadan zəhərlənib: "İyul ayının 22-si xınayaxdıya gedirdim. Masazırdan Novxanı istiqamətinə gedən yolda Xına dekor maşınını gözləyirdim. Orada balaca mağaza var. Oradan dondurma aldım. Dondurmanın üzərində nə hazırlandığı ünvan, nə də istehsal edən şirkət haqda heç bir məlumat yox idi. Mən də müsəlmançılığıma salıb yedim. Həmin gün məclisi idarə etdim. Ancaq nə çəkdiyimi özüm bildim. O gün gecə halım pisləşdi. Təcili yardımla xəstəxanaya çatdırıldım. Mədəm, qanım yuyulsa da hələ də pisəm. Məndən sizə məsləhət tamahınız ucbatından mənşəyi bəlli olmayan qidalar almayın".

Bütün xəbərlər Facebook səhifəmizdə