Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Respublika Gününə həsr olunmuş "Müstəqilliyimizin nəbzi" adlı tədbir-sərgi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə rəssamlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.
Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Ana Harayı" qəzetinin baş redaktoru Şamil Sabiroğlu, Dünyanın Sülh Səfiri Diplomunun laureatı Akif Kərimov və digərləri çıxış edərək 1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında – Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan edildiyini diqqətə çatdırdılar. Bildirilib ki, bu müsəlman Şərqində ilk dünyəvi demokratik parlamentli respublika idi. Müstəqil Azərbaycan Cümhuriyyəti 23 ay müddətində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Azərbaycan Milli Ordusu, Üçrəngli bayrağımız, ilk Milli muzeyimiz – "İstiqlal" muzeyi yaradıldı, Azərbaycan dili dövlət dili elan edildi, Bakı Dövlət Universiteti açıldı.
Muzeydə təşkil olunmuş tədbir Azərbaycan İstiqlal Muzeyi, "Avrasiya Beynəlxalq Problemləri Araşdırma İnstitutu" və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi ilə birgə keçirilib.
Qeyd edək ki, sərgidə Türkiyəli rəssam, sabiq bank əməkdaşı İlhan İşbaşı və Azərbaycanlı rəssamlar Səyyar Əliyev, Zaur Mirzəyev, Bayram Bayramov və Natiq Nəcəfzadənin əl işləri nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB