YUNESCO-nun baş direktoru: "Dünyada ifadə azadlığı təmin edilməlidir"

YUNESCO-nun baş direktoru: "Dünyada ifadə azadlığı təmin edilməlidir"

"Bakı bu prosesə 2008-ci ildən başlayıb. Biz Prezident İlham Əliyevin uzaqgörənliyini, təşəbbüslərini həmçinin YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüslərini yüksək qiymətləndiririk". SİA-nın xəbərinə görə, bunu YUNESKO-nun baş direktoru İrina Bokova Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib.

YUNESKO-nun baş direktoru deyib ki, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsləri mühümdür: "Elə ötən həftə YUNESKO qədimdən müasirliyə adlı sərgini təşkil etdi. Həmin sərgidə Məshəti Gəncəvinin əsərləri təqdim olundu".

YUNESKO-nun baş direktoru bildirib ki, bu gün zorakı ekstremizmin, kilsə və məbədlərin dağıldığını görürük: "Biz xüsusən təhsil alan qızlara, ifadə azadlığına hücumları, cəmiyyətlərin digərlərinin üzünə bağlandığını görürük. YUNESKO-nun, Bakı prosesinin mövqeyi bu baxımdan görünməmiş dərəcədə mühümdür".

İrina Bokova dialoq və mübadilə tarixi barədə gənclərə dərslərin keçirildiyini vurğulayıb: "Biz dialoq və mübadilə tarixi barədə gənclərə dərslər keçirik. Biz inanırıq ki, mədəniyyətlər fərqlidir, ancaq qarşılıqlı hörmət əsasdır. Dünyada qarşılıqlı aslılıq artır, biz bunu gücə çevirməliyik. Müxtəliflik də bizim gücümüzdür. Tolerant və qarşılıqlı hörmət anlayışı 2013-2023-cü illər üzrə BMT-nin gündəlyində əsaas məsələdir və YUNESKO bunu dəstəkləyir. Dünyada ifadə azadlığı təmin edilməlidir. Mənim Bağdad Universitetinə səfərim zamanı müxtəliflikləri nəzərdən keçirdik. Siz idə bu təşəbbüsə qoşulmağa çağırıram. Ekstremizm mədəni dəyərlərə qarşı hücumdur. Təhsil bu sahədə mühüm mübarizə vasitəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə