Məlahət İbrahimqızı:“Məcburi və könüllü təyinat tənzimlənməlidir” AÇIQLAMA

"Bu gün dövlətimizin qurduğu düzgün siyasət nəticəsində Azərbaycanın ən ucqar bölgəsindəki inkişaf yüksək səviyyədədir". Bunu SİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı söyləyib.

Bildirib ki, rayonların inkişafı Bakı şəhəri səviyyəsi ilə eyniləşdirilir: "Cənab Prezident çalışır ki, rayonlarımızın infrastrukturası Bakı kimi olsun. Bu istiqamətdə də böyük uğurlar əldə edilib. Onu da deyim ki, bu yaxınlarda Heydər Əliyev Sarayında Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının on illiyinə həsr olunmuş konfrans keçirilib. Onu da deyim ki, 10 il bundan əvvəllə indiki vaxta baxsaq görərik ki, həqiqətən də regionlarımızın inkişafı heç də Bakıdan geri qalmır. Hesab edirəm ki, bu cür inkişafı yaşadan insanlardır. Məqsəd də odur ki, vətəndaşlarımızın harada yaşamaqlarından asılı olmayaraq hər kəsə eyni qaydada dövlətimiz tərəfindən qayğı göstərilir. Çox təəssüf ki, bu gün ucqar rayonlarımızda, xüsusilə də ermənilərlə sərhəd olan bölgələrdə mütəxəssislərin çatışmazlığı mövcuddur. Sovet dövründə məcburi və könüllü təyinat var idi. Son dövrlər bu istiqamətdə önəmli işlər görülür və bunu daha da artırmalıyıq. Çünki bizim bir çox kəndlərimizdə 2 mütəxəssisə ehtiyacımız vardısa, indi daha çoxuna ehtiyacımız var. Ona görə də bu məsələ təyinatla tənzimlənməlidir. Bu təcrübəni dünyanın bir çox ölkələrdən istifadə etməliyik. Əks halda bazar iqtisadiyyatına keçmişik. O demək deyil ki, bazar qaydaları ilə gedilməlidir. Bu gün bəziləri kəndlərdən gəlib paytaxtda yaşamağa başlayırlar. Bu da təbii ki, kəndlərin boşalmasına səbəb olur. Biz qanun-qaydalarımızın tələblərini mütləq sərtləşdirməliyik. Əgər dövlət universitet tələbələrini pulsuz oxudursa deməli, onlar da dövlətə xidmət etməlidirlər. Əks halda bu acı nəticə verə bilər. Bir sözlə dövlət vətəndaşlarını dəstəkləyirsə onun qarşılığını götürməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...