"Bakı prosesi" və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçiriləcək
27 yanvar tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT-nin Baş qərargahında "Bakı prosesi" və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirə hazırlıq məqsədilə ABŞ-da səfərdə olan Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) Mətbuat xidmətinin rəhbəri Nihal Saad ilə görüş keçirib. V.Eyvazzadə Nihal Saadın Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupuna BMTSA-nın nümayəndəsi kimi təyin edilməsinə görə onu təbrik etmiş və bu prosesdə BMTSA ilə Nazirliyin əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulanıb. Görüşdə həm BMT-də keçiriləcək tədbirin, həm də Bakıda keçiriləcək Forumun proqramı və hazırda dünyada baş verən hadisələr fonunda aktual məsələlərin bu qlobal forumda müzakirəsi ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB