Rusiyanın Böyük Teatrı on ildən sonra Azərbaycanın və SSRİ-nin Xalq Artisti, "Heydər Əliyev" ordeni ilə təltif olunmuş dünya şöhrətli bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinə yenidən müraciət edib. SİA -nın verdiyi məlumata görə, balet SSRİ Xalq Artisti, tanınmış xoreoqrafiya ustası Yuri Qriqorieviçin verdiyi yeni quruluşda Böyük Teatrda tamaşaçılara təqdim olunub.
Rusiyanın Xalq Artisti Svetlana Zaxarovanın, Böyük Teatrın aparıcı solisti Denis Revkinin və Rusiyanın Əməkdar Artisti Nina Kartsaovaninin oynadıqları balet "You Tube" kanalı vasitəsilə Fransanın bir çox kino-teatrında nümayiş etdirilib. Yüz minlərlə fransız üç saat davam edən baletin tamaşasını izləyib.
Qeyd edək ki, tamaşaçılar "Məhəbbət əfsanəsi" baletini yüksək sənətkarlıq əsəri kimi dəyərləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB