Mariya İbrahimovanın filmi beynəlxalq mükafata layiq görülüb

Mariya İbrahimovanın filmi beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı rejissor Mariya İbrahimovanın müəllifi olduğu "Azərbaycan: Şərqin Avropa cazibəsi" adlı ekran əsəri Serbiyanın Veliko Qradişte şəhərində keçirilən SİLAFEST – VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında ən yaxşı turizm filmi mükafatına layiq görülüb. SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə, mükafat həmin şəhərdə keçirilən tədbirdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşına təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə