Mərkəzi Xorvatiyada, Serbiyada II Global Shared Societies Forumunun hazırlıqları ilə bağlı müzakirələr aparılıb

Mərkəzi Xorvatiyada, Serbiyada II Global Shared Societies Forumunun hazırlıqları ilə bağlı müzakirələr aparılıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Xorvatiyanın paytaxtı Zagreb şəhərində Dünya Elmlər və Mədəniyyət Akademiyasının rəhbərliyi və o cümlədən Xorvatiyanın sabiq prezidenti Stjepan Mesiclə müzakirələr aparılıb. Qurumdan SİA-ya verilən xəbərə görə, Xorvatiyanın sabiq prezidenti Stjepan Mesiclə Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Forumla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Sabiq prezident böyük məmnunluqla Foruma qatılacağını bildirib. O, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlüyünə dəvət edilib.

Səfər çərçivəsində Serbiyanın paytaxtı Belqradda Serbiyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Boris Tadiçlə də görüş keçirilib və fevral ayında Afina şəhərində keçiriləcək II Ali Qrup toplantısı və o cümlədən apreldə nəzərdə tutulan Bakı Forumu müzakirə olunub.

Qeyd edək ki, Bakıda 27-30 aprel tarixlərində keçirilməsi planlaşdırılan II Global Shared Societies Forumu çərçivəsində Dünya Elmlər və Mədəniyyət Akademiyası, Roma Klubu, Madrid Klubu və İsgəndəriyyə Kitabxanası ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Koordinasiya toplantısının keçirilməsi nəzərdə tutulub. Toplantının keçirilməsində əsas məqsəd Dünya Elmlər və Mədəniyyət Akademiyasının Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə təşkil edəcəyi Baş Assambleyaya hazırlıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə