Elnur Kərimov: “Proqramı hansısa aparıcının adı ilə yox, kanalın layihəsi olaraq dəyərləndirirəm”
"Şənbə səhəri" verilişini aparan Mikayıl Güləddinoğlu artıq sözügedən proqramda görünmür. Verilişin yeni aparıcısı isə aktyor Elnur Kərimovdur. SİA-ya yeni verilişi idarə etməyi barədə məlumat verən aktyor işindən zövq aldığını bildirib: "Mən artıq "Şənbə səhəri" verilişinin yeni aparıcısıyam. Bu veriliş artıq neçə illərdir ki, Space telekanalında yayımlanır və bir neçə aparıcısı olub. Ona görə proqramı hansısa aparıcının adı ilə yox, kanalın layihəsi olaraq dəyərləndirirəm. Mənə göstərilən etimadı doğrultmağa çalışıram. Adını çəkdiyiniz və çəkmədiyiniz həmkarlarıma dərin hörmətlə yanaşır, işlərində uğurlar arzulayıram. Sözügedən verilişi isə sevərək aparıram. Çünki işimdən həzz alıram. Əziyyəti olan hamıya təşəkkürümü bildirirəm. Ancaq onu deyə bilərəm ki, "Sevimli Show"nun aparıcısı olan Mikayıl bəy verilişi yenə də davam etdirir. Hətta bu gün səhər kanala daxil olarkən onunla görüşmüşəm. Odur ki, mənim Mikayıl bəylə heç bir problemim yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB