"Ax, bu ki Annadır!"

Rus Dram Teatrında M.Kamolettinin pyesi əsasında səhnələşdirilmiş, əməkdar incəsənət xadimi İranə Tağızadənin quruluşunda "Ax, bu ki Annadır" tamaşasının premyerası olacaq. Teatrdan SİA-ya verilən məlumata görə, tamaşada xalq artisti S. Mirzəağasanov, əməkdar artistlər R.Əmirbəyova, F.Atakişiyev, E.Spizina, E.Aslanova rol alıblar. Anna rolunda isə İnna İmranovadır.

Nəzərinizə çatdıraq ki, kostyum üzrə rəssam O. Abbasova, musiqi və mahnı aranjemançısı Zaur Fərhadov, xoreoqrafiya R.Quliyeva və R.Türkandır.

Qeyd edək ki, "Ax, bu ki Annadır" tamaşası 20 sentyabr saat 19:00-da başlayacaq. Biletin qiyməti isə 11 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə