Forumda ASEAN təşkilatı da iştirak edəcək

Forumda ASEAN təşkilatı da iştirak edəcək

29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçiriləcək sessiyalarda ASEAN beynəlxalq təşkilatının nümayəndə heyəti iştirak edəcək, təşkilatın mədəniyyətlərarası əmədaşlıq və dialoqda iştirakının genişləndirilməsi məqsədilə ikitərəfli danışıqlar aparacaq. SİA-nın məlumatına görə, Azərbaycan və ASEAN arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və gələcək perspektivləri barədə ikitərəfli müzakirələr nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə