“Məhkumlar”ın 16-cı bölümündə nələr yaşanacaq?!
“Məhkumlar” nişanlanır

Qış tətilindən sonra daha da iddialı addımlar atan "Məhkumlar"dakı "məhkumlar" artıq yeni dönəmə qədəm qoyublar. SİA-nın məlumatına görə, yeni obrazlarla, qalmaqallı hadisələrlə, sona çatmış düşmənçiliklərlə, yeni başlayan "dostluqlarla", təzə alovlanan sevgi qığılcımları ilə, 2 günahsız gənclərin sevgi olayları ilə "Məhkumlar" bu gün 19:30-da ATV kanalında qarşınızda olacaq. Artıq cığırından çıxan hadisələrin ipini buraxmaq, yoxsa daha da möhkəm tutmaq- bax buna "Məhkumlar" və ya "bu həyatı yaşamağa məhkum olmuşlar" qərar verəcək…

"Məhkumlar" serialının 16-cı bölüm anonsunu nəzərinizə çatdırırıq:

Gecəni-gündüzə, gündüzü gecəyə qatan, fasilə bilmədən çəkilişlərə davam edən "Məhkumlar" serialınının bu bölümündə nələr olacaq? Sözün əsl mənasında şok hadisələrin cərəyanı ilə hər həftənin cümə axşamı evlərinizin qonağı olan "Məhkumlar" bu həftə daha maraqlı hadisələrlə yaddaşlarınızda qalacaq. Bu gün efirə gedəcək "Məhkumlar" bədii teleserialının 16-ci bölümündə Tünzalə və Zərintacın- iki doğma bacının dəhşətli qırğınını görəcəksiniz.

Tünzalə qızı Şəbnəmi Adilə ərə vermək üçün qurduğu planların boşa çıxdığını anlayacaq və yeni taktik planlara əl atacaq. Adil düşməni Bəhramın gözünü açacaq. Ona dostum, qardaşım dediyi adamın əsil üzünü göstərəcək. Bəhram dostunu xəyanətlə, düşmənini təsbəhlə boğan Fikrəti Adil sayəsində ifşa edəcək. Bəhram-Fikrət-Adil üçlüyü arasında gözləmədiyiniz olaylar baş verəcək. Leyla atası Bəhrama bu bölümdə daha da nifrət edəcək. Onun törətdikləri cinayətlərin qismən də olsa şahidinə çevriləcək. Görəsən Leylanın Bəhramdan tələb etdiyi tələblərə Bəhramın cavabı nə olacaq?! Çıxılmaz vəziyyətdə qalan Bəhram qızı Leylanı yenidən qazanmaq üçün nələrə qatlana biləcək?! Bu bölümün şok hadisəsələrindən biri isə Zərintacın Röyaya nişan aparması olacaq. Bu nişan nələrə səbəb olacaq, hansı qiyamətlər, qırğınlar yaradacaq, necə nifaqlar salacaq, hansı küsülülüklərə səbəb olacaq… Artıq bundan sonrakı hadisələri özünüz izləyib, dəhşətə gələrsiniz. Məhkumların yaşadıqları insidentlərin, qalmaqalların şahidinə çevrilmək istəyirsinizsə teleserialın bugünkü bölümünü izləməyi unutmayın!

Bütün xəbərlər Facebook səhifəmizdə