Fransa festivalın növbəti iştirakçısı oldu FOTO

Fransa festivalın növbəti iştirakçısı oldu FOTO

"Mədəniyyət Festivalı" çərçivəsində daha bir ölkə Park Bulvar AVM-də öz mədəniyyətini təqdim edib. SİA-nın məlumatına görə, Park Bulvar və AİESEC Azərbaycanın fəal gəncləri tərəfindən təşkil edilən festivala bu dəfə Fransa qoşulub. Fransa səfirliyinin ali təhsil və elmi araşdırmalar şöbəsi bütün gün ərzində bu zəngin mədəniyyətin bir parçasını insanlara təbliğ ediblər.

Uşaqlara fransız dilində nağıllar danışılıb. Bununla yanaşı, mahnılar və rəqslər də olub. Ən maraqlısı isə bütün arzuedənlərin qoşula biləcəyi interaktiv oyunlar olub. "Xəzinə axtaranlar" oyunu bütünlüklə Park Bulvar ərazisini əhatə edib. Qalibləri isə Fransanın rəmzi sayıla biləcək ətirlə mükafatlandırılıblar. Balaca uşaqlardan ibarət xorun ifası da Fransa gününə xüsusi rəng qatıb. Bütün gün ərzində Park Bulvar AVM-də ancaq fransız mahnıları səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə