Standartlaşma, metrologiya və potent üzrə Dövlət Agentliyi tərəfindən aparılan yoxlamaların nəticələri toyxanalarda vəziyyətin yaxşı olmadığını göstərdi. SİA-nın verdiyi xəbərə görə Tahir Əmiraslanov bu məsələ ilə bağlı narahatçılığını ifadə edib: "Restoranlarda bir çox yeməklərin reseptini düzgün bilmirlər. Bununla yanaşı peşə təhsili, peşəkarlıq dərəcəsi olmayan kənar şəxslər restoranlarda aşpaz, qənnadçı və s. kimi işlərə qəbul olunurlar. Bəzi restoranlarda nə çörək çeşidləri, nə də xörək reseptləri heç bir peşəkar təşkilat tərəfindən təsdiq olunmayıb".
Telekanallarda gedən kulinariya verilişlərindən danışan Tahir Əmiraslanov həmin verilişlərdə yemək bişirən aşpazların heç bir peşəkarlıq dərəcəsi olmadan peşəkar kimi təqdim edilməsindən qəti şəkildə narazı olduğunu bildirib. O, AMKM və AMKA-nın bu işlərdə lazımı köməklik göstərmək səlahiyyətində olduğunu da vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB