Aşpazlarımız Beynəlxalq Kulinariya Çempionatında

Aşpazlarımız Beynəlxalq Kulinariya Çempionatında

7-11 noyabr tarixlərində Bosniya və Hersaqovinanın Sarayevo şəhərində Beynəlxalq Kulinariya Çempionatı keçirilib. SİA-nın məlumatına görə, Çempionatda Azərbaycan daxil olmaqla 9 ölkə iştirak edib. Azərbaycanı təmsil edən Anar Qasımov və Teymur Şıxəliyev ölkəmizi hinduşka və mal əti siniflərində təmsil ediblər.

Mal əti sinfində Teymur Şıxəliyev mal ətindən fsincan plov (şah plov) və yanında nar isgənəsi hazırlayıb. Mal əti sinfində 50 nəfərdən Teymur Şıxəliyev də daxil olmaqla 5 nəfər qızıl medal alaraq finala çıxıb. Final yarışında isə ölkəmiz gümüş medal qazanaraq 2-ci yerə layiq görülüb.

Qeyd edək ki, ölkəmizi təmsil edən iştirakçılar daha çox yerli ərzaqlara üstünlük verib.

Beləliklə Çempionat nəticəsində Azərbaycan A sinfində 2 bürünc medal, B sinfində 1 qızıl medal və final qara qutu yarışında gümüş medal qazanıb.

Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov və ölkəmizi təmsil edən aşpazlar verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə