Emin növbəti turnesinə hazırlaşır

Rusiyada yaşayan azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarovun "Baby Get Higher" mahnısı artıq üçüncü həftədir ki, "Billboard TOP-20" Amerika çartlarında xüsusi yer tutmaqda davam edir. SİA müğənninin rəsmi saytına istinadla xəbər verir ki, ilk iki həftə ərzində "Baby Get Higher" kompozisiyası 19-cu yerdən 17-yə qalxıb.

Bununla yanaşı, Eminin Amerika və Kanadaya II turlarının vaxtı dəqiqləşib. Noyabrın 12-dən 20-dək davam edəcək tur çərçivəsində Emin Ağalarov öz kollektivi ilə Nyu-York, Las-Anceles, Toronto, Nyu-Cersi və Konnektikuta səfər edəcək. Həmin şəhərlərdə mətbuat nümayəndələri ilə görüşəcək və noyabrın 15-də işıq üzü görəcək yeni "After The Thunder" albomunun dəstəkləmək üçün bir neçə çıxışlar edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə