Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qobustan Tarix-Bədii Qoruğuna Bakı şəhərindəki ali təhsil müəssisələrində təhsil alan tələbələrin ekskursiyası təşkil edilib. SİA-nın məlumatına görə, ekskursiyada azərbaycanlı tələbələrlə yanaşı xarici tələbələr də iştirak edib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov ekskursiya haqqında öz fikirlərini söyləyib: "Belə tədbirlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mütəmadi olaraq keçirilir. Məqsədimiz gənclərin milli-mədəni tariximiz ilə daha yaxından tanış olmaları, asudə vaxtlarının səmərəli keçirmələri və gənclərlə bağlı qəbul edilmiş proqramların müvafiq bəndlərinin icra edilməsidir".
Gənclər əvvəlcə Qobustan Milli Tarix-Bədii Qoruğu Muzeyini gəzərək əcdadlarımızın həyat tərzi, yaşayış mühiti, düzəltdikləri əmək və bəzək alətləri ilə tanış olublar. Muzeydə olan qədim insan heykəlləri gənclərin xüsusi marağına səbəb olub. Daha sonra Qoruğu gəzən gənclər qayaüstü rəsmləri əyani şəkildə izləyiblər.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB