Afaq Bəşirqızı ilə bağlı son xəbər!

"Anamın vəziyyəti indi yaxşıdır. Rahat danışır və həkimlər onun səhhətindəki müsbət dəyişikliyi hiss edirlər". Bunu SİA-ya açıqlamasında Afaq Bəşirqızının oğlu Səmral Təhməzov deyib. Onun sözlərinə görə, ürəyindən cərrahiyyə əməliyyatı olunan xalq artistinin vəziyyəti normallaşır.

Qeyd edək ki, aktrisanın iki həftə sonra evə buraxılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə