Qaytana: \"Eurovision 2012 həqiqi bayram idi\"

Ukraynanın 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Qaytana Bakıda olduğu iki həftə müddətində 15-ə yaxın məşqdə iştirak edib, 100-dən artıq fərdi müsahibələr və 1 solo konsert verib.

Eyni zamanda müsabiqə çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edib.


SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənni iri layihələr ərəfəsində 1 həftəlik istirahət etməyi planlaşdırır.


\"Eurovision 2012 həqiqi bayram idi. Biz demək olar ki, ona hər gün 24 saatımızı müsabiqəyə həsr edirdik. Ona görə də bu gərgin və emosional iş qrafikindən sonra 1 həftə dincəlməyə qərar verdik\",- deyə Qaytananın prodüseri Eduard Klim əlavə edib.


Qaytana məzuniyyətdən qayıtdıqdan sonra növbəti yeni layihənin çəkilişlərinə başlayacaq və futbol üzrə Avropa çempionatının qonaqlarına hədiyyəsini təqdim edəcək. O, \"Olimpiyskiy\" stadionunun açılışında söylədiyi \"Ukrayna! Budmo!\" mahnısına klip çəkdirəcək. Yeni klipi rejissor Semen Qorov ekranlaşdıracaq. Klipin əsas süjet xəttini izah edən Qaytana belə deyib: \"Klipdə müxtəlif milliyyətlərə mənsub çoxlu sayda insanları görəcəksiniz. Çünki mahnının sözlərində deyildiyi kimi, biz hamımız bir ailəyik.\"

Bütün xəbərlər Facebook səhifəmizdə